Xəbər lenti

İcra Hakimiyyətindən Aqibət Məmmədovun şirkətinə 2,1 milyonluq sifariş
Ekonomiks 18:16 09.09.2025

İcra Hakimiyyətindən Aqibət Məmmədovun şirkətinə 2,1 milyonluq sifariş

Quba Rayon İcra Hakimiyyəti Quba şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Yolların əsaslı təmirinə görə şirkətə 2 125 696,68 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10 A-da yerləşən ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur. Ondan əvvəl şirkəti Qurbanəliyev Çingiz Midhət oğlu təmsil edib. 

Çingiz Qurbanəliyev şirkətin İdarə Heyətinin sədri olub. Hazırda onu bu postu Süleyman Rzayev tutur. Məhərrəm Zeynalov isə sədrin müavini vəzifəsini daşıyırı. 

"Gəncə Körpü Tikinti-2" ASC-nin direktorlar şurasının sədri isə Aqibət Məmmədovdur. O, 2010-cu ildə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə, 2012-ci ildə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə "Əməkdar mühəndis" fəxri adı ilə, 2018-ci ildə isə yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Mediada gedən məlumatlara görə, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun adına 3 şirkət mövcuddur. Bunlar "Atrang” MMC, "Osman” MMC və "Esa Home” MMC-dir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->