ABŞ və İran arasında əldə olunan ilkin atəşkəs razılaşması fonunda kriptovalyuta bazarında da canlanma müşahidə olunub.
Qaynarinfo-nun "Bloomberg”ə istinadən məlumatına görə, bitkoin gün ərzində 4,9% bahalaşaraq 72 738 dollara qədər yüksəlib. Daha sonra artım tempi bir qədər zəifləyib və kriptovalyuta 71 min dollar ətrafında ticarət olunub. Bazarda müşahidə olunan bu yüksəliş əsasən geosiyasi gərginliyin azalması ilə əlaqələndirilir.
Mütəxəssislər hesab edir ki, hazırkı müsbət dinamika davamlı sülh və iqtisadi sabitlikdən asılı olacaq. "Orbit Markets"in həmtəsisçisi Karolin Mauron bildirib ki, kriptovalyuta bazarları hazırda daha çox ənənəvi aktivlərin hərəkətinə uyğun reaksiya verir.
Eyni zamanda, "FalconX" şirkətinin baş treyderi İvan bazarlarda qeyri-sabitliyin davam edə biləcəyini qeyd edib. Onun sözlərinə görə, İranla bağlı vəziyyətin tam həlli olmadan investorların ehtiyatlı davranışı davam edəcək.
Buna baxmayaraq, bitkoin hələ də 2025-ci ilin oktyabrında qeydə alınan 126 min dollarlıq rekord səviyyəsindən 40%-dən çox aşağıdır. Analitiklər bildirirlər ki, inflyasiyanın azalması və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti gələcək qiymət dinamikasında əsas rol oynayacaq.
Günay
Şərhlər