Xəbər lenti

Macarıstan Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamasını blokladı
Dünya 20:12 15.02.2025

Macarıstan Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamasını blokladı

Polşa mediasının məlumatına görə, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarında ilk klasterin – "Əsaslar" bölməsinin açılmasını əngəlləyib. Bu klaster qanunun aliliyi ilə bağlı məsələləri əhatə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın RMF24 telekanalı bildirib.

Polşalı jurnalistlərin məlumatına görə, 14 fevralda Polşanın Aİ Şurasına sədrliyi çərçivəsində Ukraynaya yönəldiləcək bir məktub hazırlanıb. Bu məktubda qanunun aliliyi və dövlət idarəçiliyində islahatlarla bağlı iki "yol xəritəsi"nin hazırlanması tələb olunub.

Məktubun məzmunu Aİ ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənib, lakin Macarıstanın etirazı səbəbindən yekdillik təmin olunmayıb. Macarıstan Ukraynadan əlavə olaraq milli azlıqların müdafiəsi ilə bağlı ayrıca bir plan təqdim etməsini tələb edir.

Bildirilib ki, bu, apreldə keçiriləcək iclasda ilk klasterin açılmasını bloklaya bilər, çünki həmin vaxt digər iki prosedur qərarı da qəbul edilməlidir və onların hər biri bloklana bilər.

Macarıstanın baş naziri Viktor Orbanla Aİ rəsmiləri arasında bu bloklamanın qarşısını almaq üçün danışıqlar aparıldığı bildirilib.
Bundan əvvəl, fevralın əvvəlində, Macarıstanın hakim Fides partiyasının fraksiya rəhbəri Mate Koçiş iddia edib ki, Ukrayna Macarıstana qarşı "böhtan kampaniyası" aparır. Ardınca Macarıstanın xarici işlər nazirinin müavini Levente Modyor Kiyevə gedərək rəsmi izahat tələb edib.

Ukraynanın Xarici İşlər Nazirliyi isə Macarıstanın bu ittihamlarını qətiyyətlə rədd edib və heç bir "diskreditasiya kampaniyası" aparmadığını bəyan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->