Nəsimi rayonu, Tbilisi prospektində yaşayan sakinlər deyirlər ki, aylardır küçə itləri onları təngə gətirib.
Qaynarinfo Baku TV-yə istinadən məlumat verir ki, sakinlər qorxularından evdən çıxmağa ehtiyat edirlər. Onların sözlərinə görə, uzun müddətdir bu məsələ kabusa çevrilib. Xüsusən gecə saatlarında vəziyyət daha da acınacaqlı olur.
"Körpə uşaqlarımız var, məktəbə gedirlər. İtlər hücum edir deyə onları qarşılaya bilmirik. Gərək itlər kimisə parçalamalıdır ki, bizə kömək etsinlər?!", - deyə narazı sakinlərdən biri deyib.
Problem ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur. Əgər vətəndaş müraciət edibsə, bu, aidiyyəti üzrə yönləndirilir.
Ətraflı süjetdə:
Şərhlər