Bir bakal pivə və yaxud içərisində spirt olan hansısa enerji içkisi belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, içkinin dozasından asılıdır.
Bunu "Xəzər Xəbər”ə müsahibəsində RNM-nin direktor müavini İlham Məmmədov deyib. O, bildirib ki, spirtli içki qəbul edən şəxs azı 12 saat nəqliyyat vasitəsini idarə etməməlidir. Əgər müəyyən saat keçib, amma şəxs özünün narahat hiss edirsə yenə də avtomobili idarə etməli deyil.
İlham Məmmədov qeyd edib ki bəzi dərmanlarda da testır zamanı müəyyən spirtli içki miqdarı çıxa bilər. Amma bu qanunla qadağan olunmuş faizi keçmir. Həmçinin alkotestırlar da bir ildən bir yoxlanılmalıdır.
İstənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçmək həm özünüzün, həm də digər şəxslərin həyatını təhlükəyə atmaq deməkdir. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
Şərhlər