Kiyev və Moskva enerji infrastrukturu obyektlərinə aviazərbələrin qarşılıqlı dayandırılması ilə bağlı danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” qəzeti bu məsələ ilə tanış olan həmsöhbətlərə istinadən yazır. Adının çəkilməsini istəməyən Ukrayna rəsmisi bildirib ki, son həftələrdə enerji sahəsinə hücumların tezliyi azalıb. Belə bir razılaşmanın hər iki ölkənin maraqlarına cavab verdiyi qeyd
edilir.
Jurnalistlər qeyd ediblər ki, Ukrayna qüvvələri Kursk vilayətinin ərazisində olarkən Kreml rəhbəri Putin belə şərtlərlə razılaşmaya bilər. Bundan əlavə, Ukrayna hələ ki, Rusiya Federasiyası ərazisində neft emalı obyektlərinə hücumları dayandırmaq niyyətində deyil.
UNİAN-ın xəbərinə görə, Ukraynanın Kursk vilayətinə hücumu zamanı Qərb mediası yazıb ki, yayda Kiyev və Moskva enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılmasını müzakirə etməyi planlaşdırıblar.
Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə belə bir razılaşmanın "temperaturun” aşağı düşməsinə və müharibənin qaynar fazasına son qoymağa kömək edəcəyini söyləyib. Eyni zamanda, bu, Ukrayna ordusunun müdafiəni və hücumu dayandıracağı anlamına gəlməyəcək, - o əlavə edib.
Alpər
Şərhlər