Bakının Nəsimi rayonu ərazisində bir nəfər 18 400, digəri isə 100 manat dələduzluqda şübhəli bilinir.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Şərhlər