Xəbər lenti

Eminin konsertləri ləğv olundu
Sənət 13:27 30.10.2024

Eminin konsertləri ləğv olundu

Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.

Qaynarinfo xəbər verir ki, bu haqda ifaçının rəsmi "Instagram" hesabında məlumat paylaşılıb. 

Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq. O, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib. 

Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->