Xəbər lenti

Saakaşvili mənimsəmə ittihamı ilə 9 il azadlıqdan məhrum edildi
Dünya 10:54 12.03.2025

Saakaşvili mənimsəmə ittihamı ilə 9 il azadlıqdan məhrum edildi

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini dövlət vəsaitinin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Saakaşvili hazırda deputat Valeri Gelaşvilinin döyülməsinə və Sandro Girqvlianinin qatillərinin əfv olunmasına görə 6 illik həbs cəzasını çəkir.

Məhkəmə Saakaşvilini prezidentliyi dövründə büdcə vəsaitlərinin şəxsi ehtiyaclarına xərclənməsinə icazə verməkdə təqsirli bilib: O, oğlunun təhsil haqqını ödəməkdə, təyyarələr və bahalı avtomobillər icarəyə götürməkdə, şəxsi qarderobuna əşyalar almaqda ittiham edilir. Saakaşvili bu işdə 2014-cü ildə ittiham olunub. İş üzrə dəymiş "ziyan" 9 milyon lari (2,9 milyon dollar) təşkil edib.

Saakaşvilinin müdafiəsi bildirib ki, söhbət keçmiş prezidentin nümayəndəlik xərcləri ilə bağlı gedir. "Məni oğru kimi mühakimə edirlər və biabırçı ittihamlarla irəli sürürlər, çünki mən bəzi tibbi prosedurlardan keçmişəm və getdiyim yerdə ölkəmi ən yüksək səviyyədə təmsil etmək və buraya gələnləri salamlamaq istəyirdim", deyə Saakaşvili məhkəmə iclaslarından birində deyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->