Xəbər lenti

Trampdan geri addım: Kanadadan gətirilən mallara 50% rüsum tətbiqi...
Dünya 11:36 12.03.2025

Trampdan geri addım: Kanadadan gətirilən mallara 50% rüsum tətbiqi...

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Kanada poladı və alüminiumunun idxal rüsumlarını 50%-ə qaldırmağı planlaşdırmır.  

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin baş ticarət müşaviri Piter Navarro CNBC-yə müsahibəsində deyib.  

Bu qərar Trampın Kanada metalları üzrə idxal rüsumlarını ikiqat artırmaq niyyətini açıqlamasından altı saat sonra qəbul edilib. Bu addım Ontario əyalətinin ABŞ-a elektrik enerjisi ixracına 25%-lik vergi tətbiq etməsinə cavab olaraq nəzərdə tutulmuşdu.  

Ontario əyalətinin baş naziri Daq Ford çərşənbə axşamı ABŞ-ın ticarət naziri Hovard Lutniklə danışıqlardan sonra tarif artımını dayandırdığını elan edib.  

Navarroya bu hadisələrin "biz sabah (12 mart, çərşənbə günü – red.) 50%-lik tarifləri görməyəcəyik" mənasına gəlib-gəlmədiyi sualı verilib. O, "Doğrudur" cavabını verib.  

Onun sözlərinə görə, Lutnik "bununla bağlı əla iş görüb" (Ontario üzrə 25%-lik tarifin tətbiq edilməməsi məsələsində – red.).  

Xatırladaq ki, martın 11-də Tramp Ontario əyalətinin ABŞ üçün elektrik enerjisi üzrə 25%-lik vergi tətbiq etməsinə cavab olaraq bəzi Kanada mallarına rüsumları 50%-ə yüksəltdiyini elan etmişdi.  

Martın 4-dən etibarən Tramp Kanada və Meksikadan gətirilən əksər mallara 25%-lik tarif tətbiq edib.  

Buna cavab olaraq, keçmiş Kanada baş naziri Castin Trüdo ABŞ-dan gətirilən 155 milyard dollar dəyərindəki mallara 25%-lik rüsum tətbiq edib, Ontario əyaləti isə Amerikanın "ağrını hiss etməsi" üçün öz tədbirlərini görəcəyini bəyan edib.  

Nəticədə Tramp Kanada və Meksikadan gətirilən iri məhsul qruplarına tətbiq edilən 25%-lik rüsumları aprelin 2-dək dayandırıb.  

Martın 7-də Ontario əyalətinin baş naziri Daq Ford Tramp administrasiyasının iqtisadi təzyiqlərinə cavab olaraq üç qonşu ABŞ ştatı üçün elektrik enerjisinin qiymətini artıracağını elan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->