Xəbər lenti

Karantin rejiminin müddəti uzadıldı
Ölkə 20:03 19.12.2025

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->