Xəbər lenti

Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
Ölkə 19:35 19.12.2025

Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi

Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı daxil olmuş məlumat əsasında məsələ dərhal nəzarətə götürülüb. Bununla əlaqədar olaraq, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən ailəyə baxış keçirilib.

Bu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, hazırda azyaşlı uşaqların təhlükəsizliyi təmin olunub, onlar müvafiq tibbi yardım göstərilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən uşaqların mövcud vəziyyəti qiymətləndirildikdən sonra azyaşlıların mənafeyinin təmin edilməsi məqsədilə müvafiq müəssisəyə yerləşdirilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, uşaqların anası Günel Bayramova iddia edir ki, onun həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş. Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb, işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.

Xatırladaq ki, Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub. Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->