Xəbər lenti

Evdə ən ucuz təmizlik vasitəsi: Sodanın faydaları
Dünya 23:19 26.05.2026

Evdə ən ucuz təmizlik vasitəsi: Sodanın faydaları

Çörək sodası yalnız mətbəxdə deyil, ev təmizliyində də geniş istifadə oluna bilən çoxfunksiyalı vasitədir. Natrium bikarbonat kimi də tanınan çörək sodası, turşu ilə qarışdıqda karbon qazı əmələ gətirərək xəmir və bişmiş məhsulların şişməsinə kömək edir. Lakin mütəxəssislərin sözlərinə görə, onun istifadəsi bununla məhdudlaşmır.

Qaynarinfo "Martha Stewart” nəşrinə istinadən xəbər verir ki, təmizlik sahəsi üzrə ekspertlər bildirirlər ki, çörək sodası xoşagəlməz qoxuların aradan qaldırılması, çətin ləkələrin təmizlənməsi və kirin yumşaldılması üçün effektiv və ekoloji təmiz vasitədir.

Mütəxəssislərin tövsiyə etdiyi əsas istifadə sahələrindən biri zibil qablarının dezinfeksiyası və qoxunun qarşısının alınmasıdır. Bunun üçün qabın içinə az miqdarda çörək sodası səpmək və ya su ilə qarışdıraraq məhlul hazırlamaq kifayətdir.

Eyni zamanda çay və qəhvə ləkələrinin təmizlənməsində də çörək sodasından istifadə olunur. Sadəcə fincana səpilib nəm süngərlə ovulması kifayət edir.

Soba rəflərinin, qazan və tavaların təmizlənməsi üçün isə çörək sodasının isti su ilə qarışdırılıb müəyyən müddət isladılması və daha sonra fırça ilə təmizlənməsi tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, çörək sodası həmçinin kanalizasiya borularının təmizlənməsində, kafel aralarının ovulmasında və tualet qablarının təmizlənməsində də istifadə oluna bilər.

Bundan əlavə, çörək sodası paltaryuyan maşının tamburunun təmizlənməsi, ləkəli paltarların əvvəlcədən isladılması, xalça və döşəklərin qoxusunun aradan qaldırılması üçün də effektiv vasitə kimi göstərilir.

Mütəxəssislər qeyd edirlər ki, bu maddə paslanmayan polad səthlərin və mətbəx avadanlıqlarının təmizlənməsində də istifadə oluna bilər.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, çörək sodası bəzi səthlər üçün uyğun deyil. Məsələn, şüşə, mərmər, alüminium, laklı taxta və bəzi elektron cihazların təmizlənməsində istifadəsi zərər verə bilər.

Həmçinin onun bəzi kimyəvi maddələrlə — xlor, ammonyak və digər təmizləyicilərlə qarışdırılması təhlükəli reaksiyalara səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, əksər hallarda çörək sodasından istifadə üçün yalnız su kifayət edir və bu, onu ev təmizliyində ən sadə və təhlükəsiz vasitələrdən birinə çevirir.
 
Günay
--> -->