"Volkswagen" konserninin istehsal etdiyi avtomobillər arasında "Golf" və "Jetta" modelləri daha çox xarab olur.
Valyuta.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" "Fresh" avtomobil bazarı xidmətinin rəhbəri Aleksandr Noskoya istinadən məlumat yayıb.
"Volkswagen Golf" sahibləri artan yağ istehlakı səbəbindən asma, elektronika və mühərriklərdə problemləri qeyd edirlər. Həmçinin, alman şirkətinin avtomobillərində transmissiya ilə bağlı problemlər ola bilər, məsələn, 2019-cu il "Volkswagen Jetta" hətta sürət qutusunda problemlərə görə geri çağırma kampaniyasından da keçib", deyə ekspert bildirib.
Bundan əlavə, "Volkswagen Polo" sedan avtomobilləri tez-tez suqəbuledici manifoldun arxasında yerləşən plastik borudan soyuducu sızdırır.
"Toyota"nın ən problemli avtomobilləri isə "Camry" mocdelidir. 2007-ci il modeli həddindən artıq çox mühərrik yağı istifadə edir.
2009-cu il "Toyota RAV4" də sürücülərin şikayətlərinə səbəb olur: asma ilə bağlı problemlər, lyukun sızması, elektronikaya zərər verə bilən nəmlik, yanacaq pompası ilə bağlı problemlər və soyuducu suyun sızması. Bütün bu problemlər avtomobilin istismarı zamanı bahalı təmirə səbəb ola bilər.
Şərhlər