Rejissor, ssenarist və prodüser Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayında namizədliyini irəli sürəcəyini açıqlayıb.
O, Qaynarinfo-ya açıqlamasında sona qədər mübarizə aparacağını bildirib:
"Bəli, axıracan gedəcəyəm. Mən İttifaqın yenidən bataqlığa çevrilməsinin əleyhinəyəm. Dövlət kinoda islahatlar aparır. İttifaq da zamanın çağırışlarına cavab verməlidir. Biz çox iş görmüşük və bu işlər davam və inkişaf etdirilməlidir. Səfərov, Seyidbəyli, İbrahimbəyov, Balayev xətti davam etməlidir. Geriyə dönüşə imkan verməyəcəyik”.
Əli İsa Cabbarov namizədliyini öz təşəbbüsü ilə vermədiyini də vurğulayıb:
"İttifaq üzvlərinin təkidi ilə namizədliyim irəli sürülüb və onların etibarına xəyanət etməyəcəyəm. Biz heç kimin əleyhinə deyilik. Biz inkişafın tərəfdarıyıq”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) qurultay keçirmək barədə qərar verib. Qurultayda iki nəfər - Xalq artisti Şəfiqə Məmmədova və Əli İsa Cabbarov sədr postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bahar Rüstəmli
Şərhlər