Xəbər lenti

Ölkə 14:35 24.10.2025

"Dedim cəza alsam, bəlkə düzələrəm" - 6 manatlıq cinayət

Bakı şəhəri, Səbail rayonunda yaşayış binasının nərdivanında qadının əlində pul kisəsini alan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib. 

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: "İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni törətdim. Dedim ki, cəza alsam, bəlkə düzələrəm".

Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərməkənə 56 manat maddi ziyan dəyib. 

Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->