Astara rayonunun Qəcimardə kəndində qonşusunun 10 mandarin ağacını yandıran şəxs cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, həmin kənddə yaşayan Pənah Aslanov (şərti) öz həyətyanı torpaq sahəsində kol-kosu yandırdığı zaman, qonşusu Cəfər Abbasova (şərti) məxsus 10 ədəd mandarin ağacı da yanıb.
Hadisəni bilmədən törətdiyini deyən Pənah Aslanov həyətindən 10 ədəd mandarin ağacını çıxardaraq iddiaçıya versə də, qonşusu onun təklifini qəbul etməyib.
Əksinə, hüquq-mühafizə orqanlarına müraciət edərək, 25 il bundan öncə sitrus ağaclarının yanmasına görə ona cinayət işinin açılmasını istəyib. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edib.
O, məhkəmədə Pənah Aslanovdan 5000 manat təzminat tələb edib. Məhkəmə isə cavabdehin 3220 manat məbləğində dəymiş ziyanın və 46 manat ödənilmiş dövlət rüsumununu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarıb.
Aydın
Şərhlər