Xəbər lenti

Ölkə 13:32 24.10.2025

"Sputnik Azərbaycan"ın şef redaktoru ev dustaqlığına buraxıldı

Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.

APA xəbər verir ki, Yevgeniy Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bununla bağlı bu gün Xətai rayon məjhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, bir qədər əvvəl "Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O. daha sonra Rusiyaya yola salınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->