Xəbər lenti

Paşinyan ruspərəstləri neytrallaşdıra biləcəkmi? - Ekspert
Dünya 15:05 24.10.2025

Paşinyan ruspərəstləri neytrallaşdıra biləcəkmi? - Ekspert

"Kremlin bütün cəhdlərinə baxmayaraq, onun Ermənistanla bağlı hədəflərinə çatması mümkünsüzdür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev seçkilər yaxınlaşdıqca Rusiya-Ermənistan gərginliyindən danışarkən deyib.

Politoloq qeyd edib ki, Ermənistan adlı dövlət, eyni zamanda, ermənilərin tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana köçürülməsi də Rusiyanın projesidir:

"Ermənistanda əhalinin mütləq əksəriyyəti Rusiya "5-ci kolonu"nun təmsilçiləridir. Moskva MDB ölkələri arasında məhz bu ölkədə ən böyük "5-ci kolon" şəbəkəsinə malikdir".
 


Politoloq deyib ki, Moskva öz imperiya ambissiyalarından əl çəkməyincə, onun Ermənistandakı "5 kolon" elektoratı da mövcud olmaqda davam edəcək:

"Bu elektorat da zaman-zaman, xüsusən də seçkilər dövründə fəallaşmağa çalışacaq ki, Ermənistanda Rusiya pərəst hakimiyyətin formalaşmasına nail olsunlar. Bu prosesin baş qaldırmaması üçün isə ilk növbədə Rusiyanın imperiya dövləti olmaq qüdrətinin sıfırlanması lazımdır. Bu baş verməyincə, Ermənistandakı "5-ci kolon" zaman-zaman özünü yeniləməklə təkcə daxildə deyil, xüsusən də Azərbaycana qarşı yönəlməklə Cənubi Qafqazda narazılıq və münaqişə ocaqlarının qalmasına çalışmaqda davam edəcəklər. Ermənistanda seçkilər gərgin keçəcək. Amma bütün hallarda Kremlin Ermənistanda hakimiyyətə öz satelitlərini gətirməsi ehtimalı elə də böyük deyil. Paşinyan onları neytrallaşdırmaq gücündədir".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya kanalına müsahibəsində Rusiya mediasında, deputatlar və siyasətçilər arasında Ermənistana, onun hökumətinə, demokratik dəyərlərinə və suveren qərarlarına qarşı yönələn sərt tənqidləri kəskin şəkildə pisləyib. Nazirin sözlərinə görə, bu cür addımlar İrəvanla Moskva arasında mövcud olan gərginliyi, anlaşılmazlığı, hətta münasibətlərdə parçalanmanı və fikir ayrılıqlarını daha da dərinləşdirir. 

Ermənistanda gələn ilin iyununda parlament seçkiləridir. Seçkilər yaxınlaşdıqca isə Moskvanın bu ölkəyə açıq və dolayı təzyiqləri də artır. Hətta bu iki ölkə arasında ticarət dövriyyəsində kəskin azalmalar özünü göstərir. Eyni zamanda, Rusiya mediasında Paşinyan hakimiyyətinə qarşı tənqidlərin dozası getdikcə daha da artır. Paşinyan isə Rusiyaya bağlı müxalifəti neytrallaşdırır. O, son zamanlar bu yöndə qətiyyətli addımlar atır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->