Xəbər lenti

Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı
Sağlamlıq 21:00 25.10.2025

Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı

Çox miqdarda çobanyastığı çayı içilməsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər və bəzi dərmanlarla birgə qəbul edildikdə təhlükəli hesab olunur. 

Qaynarinfo xəbər verir ki, "Verywellhealth" nəşrinin məlumatına görə, bu çayın yan təsirləri arasında həzm pozğunluqları və allergik reaksiyalar da var.

1. Ürəkbulanma və qusma

Çobanyastığı bəzi insanlarda ürəkbulanmanı azalda bilər, lakin həddindən artıq istifadə əks təsir göstərə bilər.

Diyetoloq Keri Hans bildirib: "Çobanyastığı çayı ümumilikdə təhlükəsizdir, lakin onun çox miqdarda içilməsi bəzən ürəkbulanma və qusma ilə nəticələnə bilər".

Tibbi elmlər doktoru, diyetoloq Samanta Dieras isə qeyd edib ki, bu hallar nadir baş verir: "Belə miqdarda və bu qədər uzun müddət çobanyastığı çayının içilməsi çox az ehtimal olunur".

2. Allergik reaksiyalar

Hansın sözlərinə görə, ambroziya kimi bitkilərə allergiyası olan insanlarda çobanyastığı çayı dəridə qıcıqlanma və ya şişkinlik yarada bilər. Bu cür reaksiyalar xrizantema, aşıqotu və ya margaritkalara qarşı allergiyası olanlarda da müşahidə edilə bilər. Çobanyastığına qarşı allergiya ağır hipersensitivlik reaksiyalarına və anafilaksiyaya səbəb ola bilər.

3. Yuxululuq

Yuxunu tənzimləyən dərmanlar qəbul edən şəxslər çobanyastığı çayını ehtiyatla içməlidirlər. Dieras qeyd edib: "Bu çayın sakitləşdirici təsir göstərən preparatlarla qarşılıqlı təsiri ilə bağlı narahatlıqlar var".

O əlavə edib ki, bu halda yuxululuq daha da arta bilər.

4. Qanaxma riskinin artması

Çobanyastığı çayı qan durulaşdırıcı dərmanlar qəbul edən insanlar üçün təhlükəli ola bilər. Hans bildirib ki, çobanyastığı təbii kumarin birləşmələri ehtiva edir və bu maddələr ‘varfarin’ kimi dərmanların təsirini gücləndirərək qanaxma riskini artıra bilər.

5. Qadınlar üçün risk: doğuşa nəzarət vasitələrinə təsir

Dierasın sözlərinə görə, çox miqdarda çobanyastığı çayının içilməsi bəzi doğuşa nəzarət preparatlarının effektivliyini azalda bilər. Araşdırmalar göstərir ki, çobanyastığı bu tabletlərin təsirini zəiflədə və estrogenə həssaslığı artıra bilər.

Həmçinin qeyd olunur ki, hamiləlik və ya körpə əmizdirmə dövründə çobanyastığı çayının təhlükəsizliyi barədə elmə hələ kifayət qədər məlumat məlum deyil.

Nə qədər çobanyastığı çayı içmək təhlükəsizdir?

Keri Hans bildirib: "Rəsmi limit olmasa da, əksər mütəxəssislər gündə bir-üç fincan çay içilməsini sağlam böyüklər üçün təhlükəsiz hesab edirlər. Dərman qəbul edən və ya sağlamlıq problemi olan insanlar miqdarı azaltmalı və vəziyyətlərini izləməlidirlər".

Digər çayların faydaları

* Çayda olan antioksidantlar ürək-damar sistemini gücləndirir, yaddaşı və diqqəti yaxşılaşdırır, həmçinin həzmi asanlaşdırır.

* Yaşıl və qara çaylar xroniki xəstəliklərin riskini azaldan antioksidantlarla zəngindir. Çobanyastığı, nanə və qızılgül (hibiskus) kimi bitki çayları isə həzmi yaxşılaşdırır və yuxunu tənzimləyir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->