Çin sürətlə öz sualtı donanmasını təkmilləşdirərək daha səssiz, daha sürətli və müasir silah və sensorlarla təchiz edilmiş gəmilər istehsal edir. Bu yeni nəsil sualtılar daha uzun müddət suyun altında qala, mürəkkəb əməliyyatlar həyata keçirə bilir və Pekini ABŞ-la rəqabət apara biləcək qlobal texnoloji lider mövqeyinə yaxınlaşdırır.
Qaynarinfo xəbər verir ki, "Wall Street Journal"ın
yazdığına görə, Çin ordusu Cənubi Çin dənizi və Tayvan ətrafında fəaliyyətini genişləndirir. Bu bölgələrdə sualtı gəmilər gizli və davamlı hərbi güc nümayişi baxımından kritik əhəmiyyət daşıyır.
Bu inkişaf ABŞ-ı və onun müttəfiqlərini – o cümlədən Avstraliya və Böyük Britaniyanı – öz sualtı donanmalarını gücləndirməyə və müdafiə razılaşmalarını modernləşdirməyə məcbur edir. Xüsusilə 2021-ci ildə yaradılmış "Aukus" paktı çərçivəsində Avstraliyaya atom sualtı gəmilərinin təchizatı və yeni gəmilərin birgə hazırlanması nəzərdə tutulur.
Çinin texnoloji sıçrayışı diqqət çəkir. Əgər əvvəllər Pekin yalnız dizel-elektrik sualtılarla Qərbi Sakit okeanda məhdud patrul həyata keçirirdisə, indi yeni atom sualtıları daha böyük sürət, məsafə və davamlılıqla fəaliyyət göstərə bilir. ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Brent Sedlerin sözlərinə görə, Çin sualtı əməliyyatlarda izlənilməsi çox çətin olacaq texnoloji mərhələnin astanasındadır.
Mütəxəssislər bildirirlər ki, sualtı gəmilər az sayda heyətlə böyük hərbi güc nümayiş etdirməyə imkan verir və hava qüvvələri ilə səth gəmilərinə nisbətən daha az risk daşıyır. Buna görə də İndo-Sakit okean regionundakı bir çox ölkə strateji dəniz yollarını qorumaq və gizli müdafiə imkanlarını artırmaq üçün sualtı donanma yaratmağa çalışır.
"Demək olar ki, regionda ciddi donanma qurmaq istəyən hər bir ölkə ya sualtı gəmilər tikir, ya da satın alır," – deyə "Strategic Analysis Australia"nın direktoru Piter Cenninqs vurğulayıb.
Lakin ABŞ və müttəfiqləri Çinin sürətlə irəliləyən texnoloji tərəqqisinə çatmaqda ciddi çətinliklərlə üzləşirlər.
Aydın
Şərhlər