Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya prezidenti Vladimir Putinin Olimpiya Oyunlarının "rusiyalılara qarşı etnik ayrı-seçkilik” kimi istifadə oluna biləcəyi ilə bağlı bəyanatına cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Oktyabrın 19-da Putin "Rusiya - idman dövlətidir” forumunda bildirib ki, Oyunlar "siyasətlə heç bir əlaqəsi olmayan insanlara qarşı siyasi təzyiq aləti kimi” istifadə edilə bilər.
"Olimpiya Oyunlarında iştirak heç bir halda insan hüququ deyil və Olimpiya Xartiyasına edilən son düzəlişin bununla heç bir əlaqəsi yoxdur... Biz bu tədbirlərin "etnik ayrı-seçkilik” təşkil etməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edirik”, - BOK bildirib.
BOK qeyd edib ki, rusiyalıların və belarusların qəbulu ilə bağlı tövsiyələrdəki "ciddi şərtlər” "Olimpiya Xartiyasına uyğundur”. Bundan əlavə, təşkilat bəyan edib ki, bu, "Rusiya və Belarus hökumətləri tərəfindən Olimpiya Xartiyasının pozulmasına” reaksiyadır.
Nizami Bağırov
Şərhlər