Xəbər lenti

Bloomberg: Putin və Trampın görüşü fevralın sonunda baş tuta bilər
Dünya 22:30 15.02.2025

Bloomberg: Putin və Trampın görüşü fevralın sonunda baş tuta bilər

Rusiya və ABŞ-nin yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sonunun müzakirə olunacağı görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir.

Nəşr görüşün təfərrüatlarının və iştirakçıların siyahısının hələ də tərəflər arasında razılaşdırıldığını qeyd edib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->