Başa çatan həftənin ən maraqlı arxeoloji xəbərlərindən biri bizi 1970-ci illərə, Belçikaya aparır. O vaxt tədqiqatçılar II əsrə aid bir Roma qəbiristanlığında qazıntılar apararkən bir cəsədin qalıqlarını aşkar etdilər. Qəbirstanlıqdan cəsədin çıxarılması adi hal idi, çünki bu, Roma İmperatorluğu dövrünə xas bir dəfn yeri sayılırdı.
Qaynarinfo "New Scientist"yə
istinadən xəbər verir ki, cəsədin yanında sümükdən hazırlanmış bir iynə də tapılıb. Bu da o dövr üçün xarakterik bir əşya olduğundan, tədqiqatçılar həmin şəxsin II əsrdə yaşamış sıradan bir Roma sakini olduğuna qərar verərək qalıqları muzeyə təhvil veriblər.
Lakin bu cəsədlə bağlı maraqlı məqamlar illər sonra üzə çıxıb. Tədqiqatçılar diqqət çəkən bir sıra qəribəlikləri fərq ediblər. Əvvəla, meyit qeyri-adi vəziyyətdə basdırılıb: ayaqları əyilmiş, sağ böyrü üstə uzanmış halda. Bu, Roma dəfn adətləri üçün çox qeyri-adi sayılır, çünki həmin dövrdə ölülər adətən arxası üstə dəfn olunub.
Hazırda alimlər bu qəribə dəfn şəklinin səbəblərini araşdırır. Qalıqlarda bu insana xas olan xüsusi və ya o dövrün qeyri-adi bir hadisəsi ilə əlaqəli məqamlar ola bilər. Bəlkə də bu, fərqli mədəniyyətlərin və ya dini inancların təsirini göstərən bir ipucu olaraq tarixə yeni işıq tutacaq.
Roma dövrünə aid bir qəbiristanlıqdan çıxarılan cəsədlə bağlı illər sonra aparılan araşdırmalar gözlənilməz nəticələr verib. Əvvəlcə qalıqların qeyri-adi şəkildə dəfn edilməsi, meyitin sağ böyrü üstə uzanmış və ayaqlarının əyilmiş vəziyyətdə olması diqqət çəkmişdi. Lakin daha dərin araşdırmalar ortaya daha böyük bir sirri çıxarıb: cəsədi təşkil edən sümüklər bir-birinə uyğun gəlmir.
Tədqiqatçılar, bəzi sümüklərin digərlərindən daha gənc insanlara aid olduğunu fərq ediblər. Bu anlaşılmazlığı aydınlaşdırmaq üçün radio karbon tarixlənməsi və DNA analizi tətbiq olunub.
Nəticələr isə tamamilə şok edici olub. "New Scientist" jurnalında dərc olunan məlumata görə, qalıqların əslində tək bir insana aid olmadığı aşkarlanıb. Bu "cəsəd" səkkiz fərqli insana aid sümüklərin diqqətlə seçilib bir araya gətirilməsi ilə yaradılıb. Görünür, kimsə tək bir cəsəd təsiri yaratmaq üçün bu qalıqları xüsusi qaydada yerləşdirib.
Burda işlər daha da qəribələşir: Sümüklərin əksəriyyəti təxminən 4212-4445 il əvvələ aid olsa da, skeletin başının 1800 il əvvəl yaşamış bir Qallo-Roma qadınına aid olması ehtimalı var.
Bir sözlə, kim bu sümükləri niyə bir araya gətirib, sümüklərin necə və hansı məqsədlə xronoloji cəhətdən uyğun gəlməyən başlıqla bir araya yığıldığı yəqin ki, heç vaxt bilinməyəvək.
Bu kəşf Roma dövründə baş verən maraqlı dini və ya mədəni praktikalara işarə edə bilər. İndiyə qədər belə bir hadisəyə çox nadir hallarda rast gəlinib, lakin alimlər bu qeyri-adi dəfn formasının səbəblərini anlamaq üçün araşdırmalarını davam etidir. Bu tapıntı Roma İmperatorluğunun bəzi bölgələrində bilinməyən mərasimlərə və ya xüsusi inanclara işıq tuta bilər.
Aydın
Şərhlər