Bakıda lotereya oyunları təşkil etmək adı ilə dələduzluq cinayəti baş verib.
Qaynarinfo xəbər verir ki, G.Sadıqzadə adlı şəxs lotereya oyunları təşkil edəcəyini vəd etməklə bir neçə nəfərdən ümumilikdə 25 700 manat alıb. Lakin vədini yerimə yetirməyib.
Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra G.Sadıqzadə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı G.Sadıqzadə verilmiş ittiham üzrə özünü qismən təqsirli sayıb. O, iddia edib ki, dələduzluq etmək niyyəti olmayıb.
Məhkəmənin hökmü ilə G.Sadıqzadəyə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 2 gün 1 günə 2 hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər