Xəbər lenti

Dünyanın ən varlı 10 adamından 8-i eyni sektordadır - 9-u bu ölkədəndir
Dünya 18:37 16.12.2025

Dünyanın ən varlı 10 adamından 8-i eyni sektordadır - 9-u bu ölkədəndir

16 dekabr 2025-ci il məlumatlarına görə, dünyadakı ən zəngin 10 insandan 8-i eyni sektorda fəaliyyət göstərir. 

Qaynarinfo xəbər verir ki, bundan əlavə, dünyanın ən zəngin 10 insanından 9-u eyni ölkəni təmsil edir. 

Dünyanın ən zəngin 10 iş adamının ümumi sərvəti 2,5 trilyon dolları ötüb. İlk dəfə olaraq dünyada bir nəfərin sərvəti 600 milyard dollar həddini keçib. 16 dekabr 2025-ci il tarixinə olan məlumata əsasən, dünyanın ən zəngin 10 insanı bunlardır:

10. Uorren Baffet
Ümumi sərvət: 152 milyard dollar
İlin əvvəlindən artım: 10,2 milyard dollar
Ölkə: ABŞ
Sektor: maliyyə
 


9. Censen Huan
Ümumi sərvət: 153 milyard dollar
İlin əvvəlindən artım: 39 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


8. Stiv Balmer
Ümumi sərvət: 166 milyard dollar
İlin əvvəlindən artım: 19 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


7. Bernar Arno
Ümumi sərvət: 202 milyard dollar
İlin əvvəlindən artım: 26,1 milyard dollar
Ölkə: Fransa
Sektor: moda
 


6. Mark Zukerberq
Ümumi sərvət: 229 milyard dollar
İlin əvvəlindən artım: 21,5 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


5. Larri Ellison
Ümumi sərvət: 238 milyard dollar
İlin əvvəlindən artım: 46,1 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


4. Ceff Bezos
Ümumi sərvət: 246 milyard dollar
İlin əvvəlindən artım: 7 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


3. Sergey Brin
Ümumi sərvət: 247 milyard dollar
İlin əvvəlindən artım: 88,2 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


2. Larri Peyc
Ümumi sərvət: 265 milyard dollar
İlin əvvəlindən artım: 96,8 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


1. İlon Mask

Elon Mask ilin əvvəlindən bu yana sərvətini 205 milyard dollar artıraraq 638 milyard dollara çatdırıb və "dünyanın ən zəngin şəxsi" titulunu qoruyub saxlayıb. Bu artımla o, eyni zamanda siyahıda sərvətini ən çox artıran şəxs kimi qeydə alınıb. "Forbes"in məlumatına görə, İlon Mask bazar ertəsi günü 600 milyard dollarlıq sərvət həddini aşan ilk insan olub.

Ümumi sərvət: 638 milyard dollar
İlin əvvəlindən artım: 205 milyard dollar
Ölkə: ABŞ
Sektor: texnologiya
 


Aydın


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->