Xəbər lenti

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək
İdman 17:50 16.12.2025

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək

Paris məhkəməsi PSJ-yə keçmiş oyunçusu Kilian Mbappeyə təxminən 61 milyon avro təzminat ödəməli olduğunu bildirib.

Qaynarinfo bu barədə "RMC Sport"a istinadən xəbər verir.

Bu məbləğə ödənilməmiş əmək haqqı və bonuslar daxildir. Tərəflər arasında mübahisə 2024-cü ilin sentyabrında oyunçunun Paris klubundan pulsuz ayrılıb "Real Madrid"ə qoşulmasından sonra yaranıb.

25 oktyabr 2024-cü ildə Fransa Peşəkar Futbol Liqası (LFP) PSJ-nin Mbappenin ödənilməmiş əmək haqqı və bonusları ilə bağlı ümumilikdə 55 milyon avroluq apellyasiyasını rədd edib. Parislilər bu qərara tabe olmayacaqlarını bildiriblər. İlkin məlumatlara görə, klub mübahisəni Fransa Futbol Federasiyası (FFF), Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə davam etdirə bilər. Klub qərarın qanuniliyinə etiraz edərək LFP-yə qarşı əks iddia qaldırıb.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->