Xəbər lenti

Ekonomiks 18:22 16.12.2025

"My Broker"in külli miqdarda vergi boru var

22 aprel 2016-cı il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyət göstərən "My Broker" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 123.440,67 AZN təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Rəsulov Rəcəb Lətif oğludur. 

"My Broker" gömrük təmsilçiliyinin ilk rəhbəri Əliyev Rəşad Məmməd oğlu olub. O, şirkəti Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin dövründə yaradıb. 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan bir müddət sonra Rəşad Əliyev də şirkətin rəhbərliyindən gedib.

Aydın


Rəşad Əliyev-Aydın Əliyev


Səfər Mehdiyev-Rəşad Əliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->