Azpost.info saytının 6 yaşı tamam olub.
Qaynarinfo-nun məlumatına görə, saytın baş redaktoru Xaqani Səfəroğlu təəssüratını bölüşüb:
"Bu gün oxucuların etimadını qazanan xəbər resursu olmaq çox çətindir. Sosial şəbəkə adlı "div" saytları dabanbasaraq izləyir.
6 ildir yol gəlirik. Uğurlarımızla, çətinliklərimizlə...
"Xəbər bazarı"nda doğru məlumatların "satılmasına" çalışırıq.
Bu 6 ildə hər zaman çalışmışıq ki, jurnalist etikasına, peşəkarlıq prinsiplərinə sadiq qalaq.
Saytı davamlı oxuyan xeyli oxucumuz var. Biz onlara təşəkkür edirik. Bundan sonra da yeni, maraqlı və rəngarəng yazıları təqdim etmək üçün çalışacağıq.
Reklam bazarı bərbad olan, abunə sistemi formalaşmayan bu dövrdə media saytını biznes layihə kimi qurmaq çox çətindir.
Bütün bunlara rəğmən ölkədə peşəkar ənənələrə söykənəcək media bazarının qurulacağına ümid edirik.
Yola davam!".
Şərhlər