Xəbər lenti

Azərbaycanın vitse-konsulu Yekaterinburqda məhkum soydaşlarımızla görüşdü
Ölkə 22:19 09.04.2026

Azərbaycanın vitse-konsulu Yekaterinburqda məhkum soydaşlarımızla görüşdü

Azərbaycanın vitse-konsulu Elnur Abdullayev Yekaterinburqdakı 10 saylı cəzaçəkmə müəssisəsində həmin müəssisədə cəza çəkən azərbaycanlılarla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə FSİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı hüquqi yardım, sənədlərin rəsmiləşdirilməsi qaydaları, yaxınlarla əlaqə imkanları, cəzanın davam etdirilməsi üçün vətənə köçürülmə perspektivləri və şərti vaxtından əvvəl azadlığa buraxılma məsələləri müzakirə olunub.

Bundan əlavə, diplomat məhkumların saxlanma şəraiti, qidalanma və tibbi xidmət səviyyəsini də qiymətləndirib.
--> -->