Xəbər lenti

Ekonomiks 14:36 06.01.2026

"Azekon" QSC-nin rəhbərinə borca görə "stop" qoyuldu

"Azekon” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərinə "stop” qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyeva bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından aydın olur ki, "Azekon” QSC-nin dövlət büdcəsinə 5531,14 manat borcu olub. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edib. Qurum ərizəsində borc ödənilədək şirkət rəhbərinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını istəyib. Məhkəmə araşdırmasından sonra qurumun ərizəsi təmin olunub. 

"Azekon” QSC 16 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Xaçmaz şəhərindəki "Xəzər” Ticarət Mərkəzində yerləşir. QSC-nin qanuni təmsilçisi Mehdiyev Bahadır Sultəli oğludur. 

"Azekon” QSC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bahadır Mehdiyev barəsində də hər hansı məlumata rast gəlinmir. Hazırda şirkətin 8977,53 manat vergi borcu var. 

Seyid
--> -->