Avropa İttifaqı dövlətlərin bloka qoşulması üçün rüsum tətbiq etməyi nəzərdən keçirə bilər.
Qaynarinfo "Euractiv"ə istinadən xəbər verir ki, bu barədə Polşanın maliyyə naziri Katarina Pelçinska-Naleç bildirib.
"ABŞ və Böyük Britaniya bu cür rüsumlar alır, bəs niyə Aİ-yə qoşulmaq üçün rüsum tətbiq etməyi düşünməyək? Bu, əlavə ümumi maliyyə yarada bilər", deyə o vurğulayıb.
Blokun gəlirlərinin artırılması zərurətindən danışan polşalı nazir hərtərəfli investisiya siyasətinə çağırıb.
Daha əvvəl Polşanın baş naziri Donald Tusk daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı getdikcə qeyri-müəyyənləşən dünya düzənində sağ qalmaq üçün silahlanmalıdır.
Polşa iyun ayına qədər Aİ Şurasına sədrlik edir. Polşanın baş naziri qeyd edib ki, hazırda onun əsas prioriteti blokun təhlükəsizliyini gücləndirməkdir.
Aydın
Şərhlər