Xəbər lenti

Trampa qarşı işlərdə iştirak edən FTB agentləri işdən çıxarıla bilər
Dünya 17:15 01.02.2025

Trampa qarşı işlərdə iştirak edən FTB agentləri işdən çıxarıla bilər

ABŞ administrasiyası yeni seçilmiş prezident Donald Trampı tədqiq edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən yazır. 

Onların sözlərinə görə, baş prokurorun müavini Emil Bove ən azı səkkiz yüksək rütbəli FTB məmurunun işdən çıxarılması və minlərlə digər büro əməkdaşının işinin əsaslı şəkildə nəzərdən keçirilməsi barədə göstəriş verib. Bunlara Kapitoliya hücumu ilə bağlı təhqiqatda işləyənlər daxildir.

WP-nin məlumatına görə, FTB-nin Vaşinqton bürosunun direktor köməkçisi, Kapitolidəki iğtişaşların araşdırılmasında fəal iştirak edən Devid Sandberq də vəzifəsini itirəcək. FTB əməkdaşlarının bir neçə gün ərzində istefa verməyə razı olmadıqları təqdirdə işdən çıxarılacağı vurğulanır. "Mən inanmıram ki, Ədliyyə Departamentinin hazırkı rəhbərliyi bu FTB rəsmilərinə prezidentin gündəliyini sədaqətlə yerinə yetirmək üçün etibar edə bilər", deyə Emil Bove deyib.

Nəşrin mənbələri bildiriblər ki, departament həmçinin xüsusi müşavir Cek Smitin araşdırmalarında iştirak etmiş onlarla digər FTB agentini işdən çıxarmağı nəzərdən keçirir. O, Trampa qarşı iki işə rəhbərlik edib: 2020-ci il seçkilərinə müdaxilə cəhdi və məxfi sənədlərin qanunsuz saxlanması. 

ABŞ Ədliyyə Nazirliyi WP-nin məlumatını şərh etməyib.

Smitin özü yanvarın ortalarında istefa verib. ABŞ Ədliyyə Departamentinin təmizlənməsi Donald Trampın vəzifəyə başlamasından bir həftə keçməmiş yanvarın 27-də başlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->