Xəbər lenti

İlon Maskın atası 200 milyon dollar toplamaq istəyir
Dünya 20:43 01.02.2025

İlon Maskın atası 200 milyon dollar toplamaq istəyir

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask "Musk İnstitut" adlı təhlil mərkəzi yaratmaq üçün "Musk It" memkoini vasitəsilə 200 milyon dollar toplamaq istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fortune" jurnalı məlumat yayıb.

Oğlu ilə münasibətlərinin müxtəlif mənbələrə görə çətin olduğu bildirilən Errol Mask və onun biznes tərəfdaşı Neytan Braun "Fortune"ya bildiriblər ki, "Musk It" adlı token layihəsi vasitəsilə 150-200 milyon dollar toplamağa ümid edirlər.

Errol Maskın sözlərinə görə, nə İlon, nə də onun qardaşı Kimbala bu memkoin və ya təhlil mərkəzi ilə əlaqəli deyil.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->