Xəbər lenti

ABŞ dövlət katibi Trampın Putinlə şəxsi görüşü üçün şərtləri açıqladı
Dünya 11:58 21.02.2025

ABŞ dövlət katibi Trampın Putinlə şəxsi görüşü üçün şərtləri açıqladı

ABŞ dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə verdiyi müsahibədə bildirib ki, prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşü mövzusu Ər-Riyadda keçirilən görüşdə müzakirə olunub, lakin hələlik onun nə vaxt baş tutacağını deyə bilməz.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa Pravda" ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nəşrinə istinadən yazır.  

Görüşün 2025-ci ildən sonra mümkün olub-olmaması ilə bağlı suala dövlət katibi belə cavab verib: "Mən bunun nə vaxt baş verəcəyini bilmirəm. Amma prezident Putin və prezident Tramp arasındakı görüş konkret bir məsələ ilə bağlı olmalıdır".  

"Biz bu görüşün nədən ibarət olacağını və orada nəyə nail olunacağını bilməliyik. Adətən belə görüşlər yalnız müəyyən bir nəticə və ya irəliləyiş əldə olunacağı məlum olduqdan sonra keçirilir", - o deyib.  

Rubionun sözlərinə görə, məhz buna görə də "bu görüşün nə vaxt baş tutacağı, böyük ölçüdə Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə edib-etməyəcəyimizdən asılıdır".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->