Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.
Bu barədə Rosfinmonitorinq məlumat yayıb.
Xatırıladaq ki, Rövşən Əsgərov 2023-cüü ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.
İstintaq müəyyən edib ki, o, öz "Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib. / Modern.az
Şərhlər