2024-cü il kosmos tədqiqatları üçün tarixi hadisələrlə yadda qalıb. NASA-nın "Europa Clipper" aparatı Yupiterin Europa peykini tədqiq etmək üçün səfərə çıxıb. "SpaceX"in "Starship" raketi ilk uğurlu enişini həyata keçirib, Çin isə "Chang’e 6" missiyası ilə Ayın qaranlıq tərəfindən nümunələr gətirdi. Bundan əlavə, ilk türk astronavtı Alper Gezeravcının beynəlxalq kosmik stansiyaya göndərilməsi Türkiyə üçün tarixi bir an olub.
Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, 2025-ci ildə isə bir sıra dövlətlər və kosmos agentlikləri daha çətin və maraqlı missiyalar həyata keçirməyi planlaşdırır. Budur, 2025-ci il üçün nəzərdə tutulan əsas kosmik tədqiqatlar:
Ayın CLPS ilə tədqiqi
NASA-nın Ticari Ay Yükü Xidmətləri (CLPS) təşəbbüsü Ay səthinə elmi və texnoloji avadanlıqlar çatdırmaqda davam edəcək. Bu proqram çərçivəsində "Astrobotic", "Intuitive Machines" və "Firefly Aerospace" kimi özəl şirkətlər Ayda müxtəlif təcrübələr aparmağı hədəfləyirlər.
Bu missiyalar gələcək insanlı missiyalara texnologiya sınaqları və Ay geologiyasının öyrənilməsi üçün məlumatlar toplamağı nəzərdə tutur.
SPHEREx teleskopunun buraxılışı
NASA-nın 2025-ci ilin fevral ayında buraxmağı planlaşdırdığı SPHEREx teleskopu, kainatı infraqırmızı spektrdə müşahidə edəcək. Layihə çərçivəsində 450 milyon qalaktikanın və 100 milyondan çox ulduzun məlumatları toplanacaq.
Bu teleskop, qalaktikaların mənşəyi, ulduzlararası qaz və toz buludlarında su və üzvi maddələrin yayılması kimi suallara cavab axtaracaq.
ESA-nın "Space Rider" missiyası
Avropa Kosmos Agentliyi (ESA) 2025-ci ildə mürettebatsız "Space Rider" kosmik aparatının sınaq uçuşunu keçirəcək. Aparat Yerə yaxın orbitdə elmi tədqiqatlar aparacaq.
Bu missiya, mikroqravitasiya şəraitində bitki inkişafı və materialların davranışını öyrənmək, eləcə də yeni telekommunikasiya texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Yaponiyanın "M2/Resilience" missiyası
Yaponiya 2025-ci ilin yanvarında Ay səthinə eniş aparatı və kiçik hərəkətli aparat göndərməyi planlaşdırır. Bu missiya Ayda suyun oksigen və hidrogenə ayrılması ilə bağlı təcrübələr keçirəcək. Gələcəkdə bu texnologiya uzunmüddətli Ay missiyaları üçün vacib ola bilər.
Çinlə asteroit tədqiqatları: "Tianwen-2"
Çin 2025-ci ilin may ayında "Tianwen-2" missiyasını həyata keçirəcək. Bu missiya çərçivəsində 469219 Kamo'oalewa adlı asteroitdən nümunələr toplamaq və daha sonra Mars və Yupiter arasındakı asteroid kəmərində yerləşən 311P/PANSTARRS adlı kuyruklu ulduza uçmaq planlaşdırılır.
Digər əhəmiyyətli yaxın uçuş missiyaları
"BepiColombo": ESA və JAXA-nın birgə missiyası, 2025-ci ilin yanvarında Merkürün yaxınından keçəcək.
"Europa Clipper": NASA-nın "Europa" missiyası, 2025-ci ilin martında Marsın yaxınından keçəcək.
JUICE: ESA-nın missiyası, 2025-ci ilin avqustunda Veneranın yaxınından keçərək Yupiterin buzlu peyklərinə doğru yol alacaq.
Bu missiyalar həm kosmik tədqiqatlarda yeni dövr açacaq, həm də texnologiya və elmi nailiyyətləri artıracaq.
Aydın
Şərhlər