"Forbes" jurnalı rusiyalı milyarderlərin potensial varislərinin reytinqini tərtib edərək, onların valideynlərinin əmlakını övladları arasında bölüşdürüb.
Qaynarinfo xəbər verir ki, ilk 5-liyə sərvətləri milyardlarla dollarla qiymətləndirilən Ələkbərovlar, Mixelson, Lisin, Melniçenko və Timçenko ailələri daxil olub.
Siyahıya 28,7 milyard dollar potensial mirasla Yusuf Ələkbərov ("Lukoyl"un yaradıcısı, azərbaycanlı iş adamı Vahid Ələkbərovun oğlu) başçılıq edir. O, neft şirkətinin səhmlərinin 28,3%-ni ala bilər.
Viktoriya Mixelson ("Novatek" və "Sibur"un ortaq sahibinin qızı) ikinci yeri tutub - onun payı 14,2 milyard dollar qiymətləndirilir.
Vladimir Lisinin övladları (Dmitri, Yuri, Anastasiya) üçüncü yeri bölüşürlər. Onların hər biri Novolipetsk Metallurgiya Zavodu və Birinci Liman Şirkətinin aktivlərindən 8,83 milyard dollar əldə edə bilər.
Tara və Adrian Melniçenkonun ("EuroChem" və SUEK sahibinin övladları) hər birinə 8,7 milyard dollar miras qalacağı gözlənilir.
Natalya Brauninq, Kseniya Frank və İvan Timçenko ("Stroytransqaz"ın ortaq sahibinin övladları) hər biri 7,73 milyard dollarla birinci yerdədir.
"Forbes"in siyahısında Rusiyadan olan yeni milyarderlərin sayı 146 nəfərə çatıb, onlardan 15-i reytinqə ilk dəfə daxil olub. Gələnlərin sayına görə Rusiya Federasiyası beşinci yeri tutub. "Lukoyl"un yaradıcısı Vaqit Ələkbərov Rusiyanın ən zəngini olaraq qalır. Ən zəngin yeni gələn "Pharmasyntez"in sahibi Vikram Puniadır. 2025-ci ildə rusiyalı milyarderlərin ümumi sərvəti 2021-ci ilin rekordunu üstələyərək 625,5 milyard dollar təşkil edib.
Aydın
Şərhlər