Xəbər lenti

Ekonomiks 15:18 01.07.2025

"Yüksəliş"in qalibinə SOCAR-da yüksək vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Fərid İsayev SOCAR-ın Baş ofisində Satınalma kateqoriyalarının idarə olunması departamentinin rəis müavini vəzifəsinə təyin olunub.

O, bu vəzifəsinə qədər, SOCAR "Azərkimya” İstehsalat Birliyində Satınalmalar və təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.

F.İsayev Sumqayıt Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergiqoyma ixtisası üzrə magistratura təhsili alıb.Böyük Britaniyanin York Universitetində (University of York) və Fransanın Strasburq Universitetində (University of Strasbourg) Logistika və təchizat zəncirinin idarə edilməsi üzrə MBA təhsili alıb.

Qeyd edək ki, o, 3-cü Yüksəliş Müsabiqəsinin qalibidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->