Dünyanın 170-dən çox ölkəsində qeyd
olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə
yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week
2026) Azərbaycanda da start götürüb. İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) rəhbərliyi ilə keçirilən bu beynəlxalq kampaniyaya Yelo
Bank "Yelo Finance Talks" layihəsi ilə aktiv dəstək verir.
Martın 22-dək davam edəcək "Puldan danışaq!" devizli kampaniya
çərçivəsində Bank artıq ilk təlimlərini uğurla reallaşdırıb. Layihənin ilkin
mərhələsində universitet tələbələri və gənc mütəxəssislərlə görüş keçirilib.
Yelo Bank-ın daxili təlimçilərinin rəhbərliyi ilə baş tutan müzakirələrdə
büdcənin idarə olunması, investisiyanın əsasları, rəqəmsal bankçılıq və maliyyə
risklərindən qorunma yolları kimi aktual mövzular ətraflı təhlil edilib.
"Yelo Finance Talks" layihəsinin növbəti dayanacağı isə məktəblilər
olub. Bankın baş ofisində qonaq olan əməkdaşların övladları üçün təşkil edilən
təlim maraqlı oyunlar və interaktiv müzakirələrlə yadda qalıb. Kiçik
mütəxəssislər pulun yaranma tarixi, istək və ehtiyacların fərqi, həmçinin
büdcənin ağıllı planlanması kimi vacib bilikləri sadə və əyləncəli yolla
mənimsəyiblər. Təlimdə həmçinin rəqəmsal dünyada maliyyə fırıldaqçılarından
qorunma yolları da uşaqlara izah edilib.
Yelo Bank gənc nəslin daha düzgün maliyyə qərarları verməsinə kömək etmək və
cəmiyyətdə iqtisadi biliklərin səviyyəsini artırmaq üçün bu cür maarifləndirici
təşəbbüsləri daim diqqət mərkəzində saxlayır. Qeyd edək ki, 2012-ci ildən bəri
keçirilən Qlobal Pul Həftəsi bu günədək dünya üzrə 71 milyondan çox gənci əhatə
edərək onların parlaq gələcəyi üçün mühüm təməl rolunu oynayıb.
Bankxidmətləri, o
cümlədən depozit faizleri haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər