Xəbər lenti

Quzu əti kəskin ucuzlaşıb: Səbəb nədir?
Ekonomiks 16:16 18.03.2026

Quzu əti kəskin ucuzlaşıb: Səbəb nədir?

Bu günlərdə quzu əti kəskin ucuzlaşıb.
 
Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30–32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub.

Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8–12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur.
 
12–18 kiloqramlıq qoyun ətinin kilosu isə 20 manata satılır. Quzu ətinin qiyməti ilə bağlı Bakıda da satış nöqtələrinə baş çəkilib.

Məşhur "Ətçilər” məhləsindəki dükanlarda quzu ətinin bir kilosu 22–24 manat arasında satılır. 

Masallı rayonunda isə quzular kiloqramla deyil, bütöv şəkildə satılır. 10 kiloluq quzu 240–250 manat, 15 kiloluq 280–300 manat, 20 kiloluğu isə 350–380 manata təklif olunur. 

Satıcılar quzu ətinin bir neçə ay əvvəl 32 manata qədər bahalaşmasının səbəbini ölkədə heyvanlar arasında geniş yayılan dabaq xəstəliyi ilə əlaqələndirirlər. 

Bahar Rüstəmli

--> -->