"İnfrastruktur bizi narahat edən məsələlərdəndir. İnfrastrukturun əsasında təhsil müəssisələrinin yerləşdiyi binaların vəziyyəti qeyd edildi. Deputatlar bölgələrdəki vəziyyətdən yaxşı xəbərdardır. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütövlükdə 237 musiqi-incəsənət məktəbləri Mədəniyyət Nazirliyi sistemində mövcuddur".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
"Monitorinq zamanı elə məktəblər mövcud idi ki, qəzalı vəziyyət hökm sürürdü. Həmin məktəblərdə tədrisin davam etdirilməsi qeyri-mümkün idi. Elə bölgələrimiz var ki, ora Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarını cəlb etməklə təhsil prosesini müvəqqəti dayandırıb və tədrisin başqa məkanlarda təşkili ilə bağlı qərar qəbul etmişik. Hazırda 25 məktəbin inşası prosesi davam etdirilir. Bu il həmin məktəblər müəllim və şagirdlərimizə təhvil veriləcək", deyə nazir bildirib.
Qafqaz Rafiqoğlu
Şərhlər