Xəbər lenti

Büdcə təşkilatlarında kütləvi ixtisarlar davam edir: Səbəb nədir?
Ölkə 14:44 18.03.2026

Büdcə təşkilatlarında kütləvi ixtisarlar davam edir: Səbəb nədir?

"İxtisarlar bundan sonra da davam edəcək. Əsasən də büdcədən maliyyələşən və büdcədən maaş alan təşkilatlarda çox güman ki, ixtisarlar artacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli icra hakimiyyətlərində aparılan kütləvi ixtisarların səbəblərindən danışarkən deyib. 

Ekspert sözügedən qurumlarda aparılan ixtisarların bir çox səbəblərinin olduğunu vurğulayıb:



"İxtisarların səbəbləri çoxdur. Birinci səbəb olur ki, bu ştatlar uzun illərdir ki, şişirdilmişdi. İndi optimallaşdırma addımları atılır. İkincisi, büdcə gəlirləri gözləninən səviyydə artmadı. Bu il büdcəmiz cəmi 200 milyon manata yaxın artdı". 
 
Natiq Cəfərli hesab edir ki, bu səbəbdən bəzi ixtisarlar gözləniləndir. 

Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətində kütləvi ixtisar olunub. Qurumda aparılan islahatlar nəticəsində 60 vəzifə ləğv edilib. 

Xatırladaq ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin 44 əməkdaşı, Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Ağdam Rayon İcra Hakimiyyətinin 54 əməkdaşı vəzifələrindən azad ediliblər. 

Bahar Rüstəmli

--> -->