Xəbər lenti

Xarici ölkə vətəndaşlığını qəbul edənlər əsgərliyə çağırılır? (AÇIQLAMA)
Ölkə 22:50 11.05.2025

Xarici ölkə vətəndaşlığını qəbul edənlər əsgərliyə çağırılır? (AÇIQLAMA)

Son dövrlərdə sosial mediada xarici vətəndaşlıq qəbul etmiş şəxslərin Azərbaycanda hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı müzakirələr aparılır.

Qaynarinfo-nun məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib.

Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->