PKK terror təşkilatı buraxılma qərarını elan edib.
Qaynarinfo xəbər verir ki, təşkilatın konqresindən sonra yayımlanan yekun bəyanatda silahlı fəaliyyətə son verildiyi bildirilib.
Hakimiyyətin "Terrorsuz Türkiyə" adlandırdığı və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının çağırışı ilə başlanan proses çərçivəsində, təşkilatın özünü buraxması və silah qoyması ilə bağlı çağırış İmralı həbsxanasında həbs cəzası çəkən PKK kidrri Abdullah Öcalandan dan gəlmişdi.
Bu çağırışdan sonra PKK konqres keçirdiyini bəyan etmişdi. İki ayrı yerdə təşkil edildiyi qeyd olunan konqresin dəqiq məkanı və Abdulla Öcalanın mesajının necə çatdırıldığı barədə rəsmi açıqlama verilməyib.
İlk açıqlamada Öcalanın çağırışı əsasında tarixi əhəmiyyətə malik qərarların qəbul edildiyi vurğulanmışdı. Konqres nəticəsində qəbul edilən qərarlar əsasında təşkilat bu gün silah qoyduğunu bəyan edib.
Aydın
Şərhlər