Bu gün ABŞ prezidenti Donald Tramp ilk xarici səfərinə yola düşəcək.
Qaynarinfo xəbər verir ki, o, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi və 1 trilyon dollarlıq sövdələşmələrlə ABŞ-a qayıtmağı planlaşdırır. Bu barədə "Axios" portalı dörd Amerika və iki ərəb mənbəsinə
istinadən yazır.
Onlar bildiriblər ki, Trampın səfəri əsasən "biznes yönümlü" olacaq və geosiyasi gündəm arxa plana keçəcək. "Axios" xatırladıb ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dörd il ərzində ABŞ-a 600 milyon dollar sərmayə yatıracağına söz verib. Nəşrə görə, qarşıdan gələn ABŞ-Səudiyyə Ərəbistanı sövdələşmələrinə ən azı 100 milyon dollarlıq hərbi təchizat, həmçinin böyük enerji və resurs müqavilələri daxil olacaq.
"Axios"un mənbələrindən biri aydınlaşdırıb ki, Qətər də ABŞ-la razılaşma üçün öz təklifini verəcək. Qətərin sərmayəsi ölkəni "Boeing" kommersiya təyyarələri ilə təchiz etmək və 2 milyard dollar dəyərində "MQ-9 Reaper" pilotsuz təyyarələrinin alınması ilə bağlı sövdələşmələr də daxil olmaqla, ümumilikdə 300 milyon dollara qədər ola bilər. BƏƏ də mart ayında bildirib ki, on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoymağı planlaşdırır.
Aydın
Şərhlər