Xəbər lenti

Vüqar Qurbanov onu 3 ay sonra direktor vəzifəsinə təsdiqlədi
Ölkə 16:24 25.07.2025

Vüqar Qurbanov onu 3 ay sonra direktor vəzifəsinə təsdiqlədi

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təsdiqlənib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün imzaladığı müvafiq əmrlə Qənbərov Ravil Həbib oğlunu Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təsdiqləyib. 

Qeyd edək ki, bu ilin mart ayında Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad olunmuş, yerinə müvəqqəti olaraq Ravil Qənbərov gətirilmişdi. Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->