Lənkəran Rayon Mərkəzi Xəstəxanasın direktoru Ağabala Kəlbiyev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
O, öz istəyi ilə vəzifəsindən azad olunub.
Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifə Məmmədova Nuridə Rafiq qızına həvalə edilib.
Qeyd edək ki, Nuridə Məmmədova bundan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.
Əhməd
Şərhlər