Ukrayna Ali Radası baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, Ali Radanın iyulun 16-da keçirilən iclasında bununla bağlı prezident Volodimir Zelenskinin təqdimatı səsə qoyulub və qəbul edilib.
Qeyd edək ki, onun yerinə hazırkı iqtisadiyyat naziri Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.
Medianın yazdığına görə, gözlənilir ki, Şmıqal hökuməti tərk etməyəcək. O, müdafiə naziri ola bilər, hazırkı nazir Rüstəm Umerov isə ABŞ-yə səfir təyin ediləcək.
Şərhlər