Xəbər lenti

Azərbaycan millisinə buraxılmayan idmançı:
İdman 14:50 16.07.2025

Azərbaycan millisinə buraxılmayan idmançı: "Arzu ilə yaşayırdım"

"Azərbaycan millisinə qoşulmaq ümidini itirməmişəm".

17 yaşlı Veronika Jilina bu barədə "Metaratings.ru" saytına açıqlamasında bildirib.

Veronika Beynəlxalq Konkisürmə Birliyinin (ISU) onun Azərbaycan millisinə keçməsini rədd etdiyi üçün məyus olduğunu söyləyib:

"Çox üzülürəm. Azərbaycan millisinə keçmək arzusu ilə yaşayırdım. Bunun üçün hazırlaşırdım. Bu, yarışmadığım və buraxmaq məcburiyyətində qaldığım üçüncü mövsüm olacaq. Düşünürəm ki, hər kəs bunun hər bir idmançı üçün psixi cəhətdən nə qədər çətin olduğunu başa düşür".

Jilina onu dəstəkləyənlərə təşəkkür edib:

"Hər kəsə, ailəmə, məşqçilərimə, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasına təşəkkür edirəm"

Qeyd edək ki, Veronika Jilina ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasında məşq edir. O, əvvəlki iki mövsümü səhhətindəki problemlərə görə buraxmışdı.

Xatırladaq ki, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Şurası Jilinanın Azərbaycan milli komandasına qoşulmaq istəyini rədd edib.//Oxu.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->